BAKININ ƏN GÜCLÜ ZƏKA SAHİBLƏRİ BƏLLİ OLDU

ESTAFET/ Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə daha bir idman növündə Bakı şəhər birinciliyi keçirilib. Bu dəfə zəka ustaları Bakının ən güclülərini müəyyən etmək üçün mübarizəyə qoşulublar. Baş İdarədən verilən xəbərə görə, Respublika Şahmat Məktəbində baş tutan birincilikdə şəhərin müxtəlif klublarından 2001-2002-ci il təvəllüdlü 40 şahmatçı yarışıb. Mükafatçıları təqdim edirik.

 

OĞLANLAR QIZLAR
 1. İsmayıl İsmayılzadə  1. Fidan Əlizadə
 2. Teymuraz Axundov  2. Nərgiz Heybətova 
 3. Fərid Aslanov  3. Vəfa Əlibəyova

 

Bütün mükafatçılar Respublika üzrə final mərhələsində iştirak hüququ qazanıblar. Qeyd edək ki, Respublika finalı mart ayının 16-na təyin edilib.