BUZADIRMANMA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI KEÇİRİLƏCƏK

ESTAFET/ Sabahdan etibarən Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı start götürəcək.


Çempionatda 16 yaşdan yuxarı (ən kiçik yaşlı idmançı 2000-ci il təvəllüdlü ola bilər) şəxslər iştirak edə bilərlər. Çempionat şəxsi və komandalar üzrə keçiriləcək. Komandaların tərkibi 3 nəfərdən - 2 kişi və 1 qadın - ibarət olacaq. 

 

Yarış Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının buzadırmanma və draytulinq qaydalarına əsasən, çətinlik və sürət növü üzrə keçiriləcək. Bu qaydalarına görə isə, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.