III təsnifat mərhələsinin püşkü atıldı: ÇL - 2019/2020
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.
Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.
Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandalk” (İrlandiya) səddini keçsə, APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandalk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
"Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferentsvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün qalibi
"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya)/“Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də baş tutacaq.