Usta cüdoçularımız Avropa çempionatında 5 medal qazanıblar
ESTAFET/ İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.
Yarışın ilk günlərində Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Fərhad Rəcəbli və Mübariz Cəfərov bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. Qeyd edək ki, bu Fərhad Rəcəblinin usta cüdoçular arasında 7-ci Avropa çempionluğudur.
Cüdoçularımız Yamən Fətiyev və Müşfiq Cəfərov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Daha bir cüdoçumuz Babək Hacıyev İspaniyada bürünc medal qazanıb.
Xatırladaq ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.