"Dinamo" - "Qəbələ" oyununun hakimləri müəyyənləşdi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) “Qəbələ” matçının hakimləri açıqlanıb. Avqustun 1-də baş tutacaq görüşü Finlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi Petri Vilyanen olacaq. Ona həmyerliləri Riku Vihreavuori və Mika Lamppu kömək edəcək. Görüşün dördüncü hakimi funksiyasını Dennis Antamo yerinə yetirəcək. Cavab oyununda hakim-inspektor vəzifəsini Yens Larsen (Danimarka) icra edəcək. UEFA nümayəndəsi isə Sergey Lisnik (Moldava) olacaq.
Xatırladaq ki, Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Avropa Liqası, 2019/2020 mövsümü
II təsnifat mərhələsi, Cavab oyunu
1 avqust 2019
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim: Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)
Tbilisi. Boris Payçadze adına stadionu
İlk oyun – 2:0