"Arsenal"la cavab oyunu maltalılara tapşırıldı
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb. Oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
Xatırladaq ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlanacaq.