“Sumqayıt”dan Türkiyə klubu ilə heç-heçə

ESTAFET/ Növbəti mövsümün hazırlığını Ankarada davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.
Kızılcahamam stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.
Bu, "Sumqayıt"ın Türkiyədə 4-cü yoxlama görüşü olub. Komanda buna qədər "Petrolul"la (Rumıniya - 2:2) bərabərə qalıb, "Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbəkirspor"a (Türkiyə - 0:1) uduzmuşdu.
Yoxlama oyunu
29 iyul 2019
Sumqayıt – Gənclərbirliyi 1:1
Qollar: Amil Yunanov 46 : Zarqo Ture 31
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 11. Elgün Nəbiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə.

