EYOF-da medal qazanan güləşçilər mükafatlandırıldı

ESTAFET/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) 21-27 iyul tarixlərində Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalına (EYOF) həsr olunmuş "Zəfər günləri" tədbiri təşkil olunub.

Mərasimin əvvəlində gənclər və idman naziri Azad Rəhimov, MOK-un 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil naziri Ceyhun Bayramov çıxış edərək idmançılarımızın qazandığı uğurlara toxunmaqla yanaşı, məktəblərdə görülən müvafiq işlər, könüllülərin fəaliyyəti və yüksək səviyyədə təşkilatçılıq barədə fikirlərini çatdırıblar.

Daha sonra EYOF-un medalçıları, o cümlədən festivalda uğur qazanan güləşçilərimiz mükafatlandırılıb. Mükafatları təqdim edənlər arasında Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də yer alıb.

Xatırladaq ki, pəhləvanlarımız Bakı-2019-da 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) qazanıb. 

Müəllif: Natiq NƏSİROV