Dünya çempionları Rumıniyada güləşəcək
ESTAFET/ Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Ölkəmizi bu yarışda 3 yunan-Roma güləşçi təmsil edəcək. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında ənənəvi turnirdə dünya çempionları Eldəniz Əzizli (60 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaq.