AFFA-nın Hakimlər Komitəsi media nümayəndələri üçün seminar keçirəcək

ESTAFET/ Avqustun 9-da AFFA-nın Hakimlər Komitəsi KİV nümayəndələri üçün seminar keçirəcək. Seminarda futbol oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat veriləcək, ən son yeniliklər mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaq. İştirakçıların sayının müəyyənləşdirilməsi üçün KİV nümayəndələrinin 6 avqust saat 18:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməsi (ad-soyad, təmsil etdiyi KİV) xahiş olunur.

 

Seminarın yeri barədə qeydiyyat prosesi başa çatdıqdan sonra məlumat veriləcək. 

Müəllif: Natiq NƏSİROV