İlin ən yaxşı oyunçusu adına 10 namizədin adı açıqlandı
ESTAFET/ FIFA 2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Dünyanın ali futbol qurumunun rəsmi saytında yerləşdirilən 10 nəfərlik siyahıda Çempionlar Liqasının son qalibi “Liverpul”dan 3, “Barselona” və “Yuventus”dan 2, “Real”, PSJ və “Tottenhem”dən isə 1 futbolçu yer alıb:
Kristiano Ronaldo (Yuventus)
Matteys de Liqt (Ayaks/Yuventus)
Lionel Messi (Barselona)
Frenki de Yonq (Ayaks/Barselona)
Harri Keyn (Tottenhem)
Eden Hazard (Çelsi/Real)
Kilian Mbappe (PSJ)
Sadio Mane (Liverpul)
Məhəmməd Salah (Liverpul)
Vircil van Deyk (Liverpul)
Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.