Elnurə Məmmədova dünya çempionatında yeddinci oldu

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Dördüncü yarış günündə üç güləşçimiz mübarizə aparıb. 

Gültəkin Şirinova ukraynalı güləşçiyə qalib gəlsə də, Meksika idmançısıyla bacarmayıb. Elnurə Məmmədova ilk görüşdə Qırğızıstan təmsilçisinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə mübarizə aparmaq imkanı qazanıb. Elnurə avqustun 2-də ilk təsəlliverici görüşdə danimarkalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. Ancaq belaruslu həmkarına məğlub olaraq dünya çempionatını 7-ci pillədə başa vurub.

Firuzə Məcidova debütdə macar rəqibinə uduzub.

46 kq
1/8 final: Gültəkin Şirinova - Olqa Padoşik (UKR) 10:0
1/4 final: Gültəkin Şirinova - Adriana Berenis Hermandes (MEX) 5:8

53 kq
Təsnifat: Elnurə Məmmədova - Kalmira Blimbekqızı (KGZ) 5:9
Təsəlliverici görüş: Elnurə Məmmədova - Mariya Hildeqaard Villumsen (DEN) 8:0
Təsəlliverici görüş: Elnurə Məmmədova - Alesia Hetmanava (BLR) 0:10

61 kq
Təsnifat: Firuzə Məcidova - Adrian Bereş (HUN) 5:8 

Müəllif: Natiq NƏSİROV