Çempionlar Liqasının püşkü atıldı

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında play-off mərhələsinin püşkü atılıb. Mərasim İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ən nüfuzlu turnirində mübarizəni davam etdirən III təsnifat mərhələsindəki 10 cüt və 2 komandanın potensial rəqibləri müəyyənləşib.

Həmçinin Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə təşkil etdiyi cütlüyün də növbəti rəqibi bilinib. Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə daha güclü iki kollektivdən - "Ayaks" və ya PAOK klublarından biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

 

UEFA Çempionlar Liqası, 2019/2020 mövsümü

Pley-off mərhələsi

Çempionlar yolu


"Dinamo” (Xorvatiya)/"Ferensvaroş" (Macarıstan) cütünün qalibi - “Maribor” (Sloveniya)/“Rusenborq” (Norveç) cütünün qalibi

ÇFR (Rumıniya)/"Seltik" (Şotlandiya) cütünün qalibi - “Slaviya” (Çexiya)

“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)/“Kopenhagen” (Danimarka) cütünün qalibi

APOEL (Kipr)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi - PAOK (Yunanıstan)/“Ayaks” (Hollandiya) cütünün qalibi

 

Liqa yolu

“Başakşəhər” (Türkiyə)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi - “Krasnodar” (Rusiya)/“Portu” (Portuqaliya) cütünün qalibi

“Bazel” (İsveçrə)/LASK (Avstriya) cütünün qalibi - “Brügge” (Belçika)/“Dinamo” (Ukrayna) cütünün qalibi 

Müəllif: Natiq NƏSİROV