Millimiz Göygöldə Qırğızıstan yığmasıyla birgə hazırlığı davam etdirir

ESTAFET/ Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

Xəbər verdiyimiz kimi, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edir.

Qeyd edək ki, TMT avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığı Bakıda keçəcək. 

Müəllif: Natiq NƏSİROV