Oyan Nəzəriani Zaqrebdə çempion oldu
ESTAFET/ Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
İlk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.
Qeyd edək ki, bu nəticə ilə reytinq xalını 58000-ə çatdıran Oyan həm də dünya çempionluğu kubokuna sahib çıxıb.