Güləş yığmalarımızın açıq məşqi olacaq

ESTAFET/ Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.

Güləş yığmalarımız məsul yarış ərəfəsində son təlim-məşq toplanışını davam etdirir. Xatırladaq ki, qadınlardan ibarət komanda artıq Qazaxıstandadır və yerli güləşçilərlə birgə DÇ-yə hazırlaşır. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz isə hazırlıq prosesini Bakıda keçir. Sabah Olimpiya Güləş Mərkəzində komandalarımızın mətbuat nümayəndələri üçün açıq məşqi baş tutacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq. Açıq məşq yekunlaşdıqdan sonra dünya çempionatında ölkəmizi təmsil edəcək komandaların heyəti açıqlanacaq. 

Müəllif: Natiq NƏSİROV