Bakıda “Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilib

ESTAFET/ AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri” başa çatıb.

ADBTİA-nın və UNİCEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən AFFA-nın inzibati binasında keçirilən təlimlərdə ümumilikdə Bakı üzrə 179 məşqçi iştirak edib. Tədbirdə UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Edvard Carvardine və UNİCEF-in Gənclər və Gənclərin Proqramlarının inkişafı üzrə eksperti Natiq Umarov da iştirak edib.

Xatırladaq ki, Bakı və 7 müxtəlif regiondan 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. 

Müəllif: Orxan NOVRUZOV