Şpaqaçımız "Satellite" seriyalı turnirdə çıxış edib
ESTAFET/ Şpaqaçımız Xalid Əliyev İsveçin Stokholm şəhərində keçirilən “Satellite” seriyalı turnirdə çıxış edib.
Qrup mərhələsində 4 qələbə qazanan şpaqaçımız 1/32 finalda hollandiyalı David Van Nuneni 15:11 hesabı ilə məğlub edib.Xalid Əliyev 1/16 finalda digər hollandiyalı şpaqaçı Tristan Tulenə 6:15 hesabı ilə uduzub. Şpaqaçımız 25 ölkədən 122 idmançının yarışdığı turnirdə 23-cü olub.