CEV üzvləri Parisdə toplaşacaq
ESTAFET/ 26-27 sentyabrda Fransanın Paris şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək.
Assambleyada Avropa Voleybol Konfederasiyasının tərkibinə daxil olan voleybol federasiyalarının rəsmiləri iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasını (AVF) Assambleyada federasiyanın Baş katibi Cəlil Cəfərov təmsil edəcək.
Assambleyada CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq, daha sonra voleybolun Avropada daha geniş yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Eyni zamanda assamblyeda Şərqi Avropa Voleybol Assosasiyasının (EEVZA) iclası keçiriləcək. İclasda çimərlik voleybol, qar üstü voleybol və gənc komandalar arasında keçiriləcək turnirlərlə bağlı müzakirilər aparılacaq.