Rəcəbov Dünya Kubokunun finalında

ESTAFET/ Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci görüşləri baş tutub. Bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Bu şahmatçılar arasında ilk görüş heç-heçə yekunlaşmışdı. İkinci dueldə isə Rəcəbov qalib gələrək finala yüksəlib. Beləliklə, o, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququna sahib olub. Dünya Kubokunun bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər. 

Çin təmsilçiləri Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib. Sabah baş tutacaq tay-breyklərdə Teymurun rəqibi müəyyənləşəck.

Qeyd edək ki, sentyabrın 10-dan start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardı. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaqlar. 

Müəllif: Natiq NƏSİROV