Talıbov bu dəfə bürünclə kifayətləndi
ESTAFET/ Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. Yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır. Xatırladaq ki, dünən Kamran Süleymanov gümüş medala sahib olub.
Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.