Beynəlxalq yubiley turnirinə yekun vurulub
ESTAFET/ Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə “Olimpiya ümidləri” beynəlxalq uşaq turniri başa çatıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində yarışın nətisələrinə əsasən 25 qızıl, 20 gümüş və 25 bürünc medal qazanan “Qara Qaplan” klubu birinci yeri tutub. 8 qızıl və 2 bürünc mükafata sahib olan “Zirvə” komandası ikinci, 7 qızıl, 10 gümüş və 24 bürünc medal əldə edən “Arpaçay” klubu isə yarışı üçüncü pillədə tamamlayıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri keçirilib.
Turnirdə Azərbaycandan başqa, Özbəkistan, Türkmənistan və Ukraynadan 30 regionu təmsil edən 65 klubun tərkibində 734 aşağı yaşlı karateçi mübarizə aparıb.