Azərbaycan cüdoçularından Avropa kubokunda daha 2 medal
ESTAFET/ Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar. Turnurin ilk günü Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) 3-cü yeri tutub. Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.