İntizam Komitəsinin iclası keçirildi
ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında İntizam komitəsinin növbəti iclası keçirilib. İclasında aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 19 №-li futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunur. Qəbələ klubunun azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunur. Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.
I divizionun V turunun “Səbail-2” – “Zaqatala” matçında “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
I divizionun V turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ-2” klubunun 45 №-li futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.
I divizionun V turunun “Neftçi-2” – “Sabah-2 matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.
I divizionun V turunun “Kəpəz” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
I divizionun V turunun MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Oyunun 90+5-ci dəqiqəsində MOİK klubunun 98 №-li futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur.
MOİK klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.