Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Son 30 ilin antirekordu -
Son 30 ilin antirekordu

ESTAFET/ “Mançester Yunayted” antirekorda imza atıb. Xarici mətbuatın məlumatına görə, bu, Premyer Liqanın VII turunda "Arsenal"la görüşdə qeydə alınıb.

"Topçular"la qollu bərabərə qalan (1:1) "qırmızı şeytanlar" xallarının sayını 9-a çatdırıb. Komanda bununla 1989-90 mövsümündən bəri ən uğursuz startı götürüb. 30 il əvvəl də "mankunianlar" Aleks Ferqyusonun rəhbərliyi altında ilk 7 turda 9 xal toplamışdı.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Müəllif: Estafet.az