İran Turundan 3 lisenziya xalı

ESTAFET/ İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Iran" yarışı başa çatıb. 5 mərhələdən ibarət veloturda Bəhreynin "VIB Sports" kontinental klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Elçin Əsədov ümumi təsnifatda qalibdən 1 dəqiqə, 54 saniyə geri qalmaqla 25-ci olub. Bu nəticə ölkəmizin aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 reytinq xalı qazandırıb.
