Xədicə Həsənli Türkiyədə bürünc medal qazanıb

ESTAFET/ Türkiyənin Konya şəhərində 14 yaşadək şpaqaçılar arasında açıq turnir keçirilib. 14 yaşlı qız şpaqaçıların yarışında iştirak edən Xədicə Həsənli turnirin bürünc medal qazanıb.Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran Xədicə uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Şpaqaçımız 1/32 finalda Tuqca Çokrolamaşı (15:1), 1/16-də Asya Gökmanı (15:4),1/8 finalda isə Elif İşlakı (15:9) məğlub edib. 1/4 finalda Eqe Çot üzərində 15:8 hesablı qələbə qazanan Xədicə yarımfinalda turnirin qalibi Naz Gökkaya 9:15 hesabı ilə uduzsa da,ən güclü 4 şpaqaçı sırasına yüksəlməklə yarışın bürünc medalını təmin edib. Turnirdə iştirak edən digər təmsilçilərimizdən Aynur Quliyev 4 qələbə ilə qrupu adlayaraq, 1/32 finala yüksəlib. Aynur bu mərhələdə Xədicə Gülsümə 15:10 hesabı ilə qalib gəlsə də, 1/16 finalda Zeynəb Sevim Üçkayaya 5:15 hesabı ulə uduzub.

12 yaşadək şpaqaçıların yarışında isə Yəhya Məmmədov qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gəlməklə pley-offa adlayıb. Yəhya 1/32 finalda Alp Tardu Karaçörə 5:15 hesabı ilə məğlub olub.

Müəllif: Məsim MƏSİMZADƏ