16-18 yaşlı karateçilər 4 medal qazandı
ESTAFET/ 16-18 yaşlı gənclər milli komandası Çilinin paytaxtı Santyaqoda Xl Dünya çempionatının üçüncü yarış günü 4 medal qazanıb.
Hüseyn Məmmədli (61 kq) gümüş mükafata, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyiblər.
26 oktyabrda 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) çıxış edəcəklər.