Dünya çempionatında ikinci yarış günü keçirilib
ESTAFET/ 14-15 yaşlı yeniyetmə karateçilər Çilinin paytaxtı Santyaqda XI dünya çempionatını mükafatsız başa vurublar.
Turnirin ikinci günü Ramil Baxşəliyev (52 kq), Rumil Cəfərli (57 kq) və Arina Bezrebra (+54 kq) qələbənni əldən veriblər. 25 oktyabrda 16-18 yaşlı gənclər mübarizəyə qatılacaqlar.
Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq) və Namiq Quliyevdən (+76 kq) başqa, Fidan Dadaşova (48 kq), Polina Qurenko (53 kq) və Ayla Rzazadə (59 kq) tatamiyə çıxacaq.
Yeniyetmə və gənclərin növbəti dünya çempionatı 27 oktyabrda başa çatacaq.