Azərbaycan Kubokunun püşkü atılacaq

ESTAFET/ Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV