IX turun ən yaxşısı Dabo oldu

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün IX turunun ən yaxşı futbolçusu məlum olub. Bu, 320 göstərici ilə “Neftçi”nin hücumçusu Baqali Dabodur. Fransız futbolçu “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına penalti qazandırmaqla yadda qalıb.
