Suada və Neda Belçikada bürünc qazandılar

ESTAFET/ Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərində beynəlxalq turnirdə 2 medal qazanıblar. 

Suada Kərimova (16-17 yaşlı gənclər, kumite -47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. 

Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib. 

Müəllif: Bəhruz MƏMMƏDOV