Yeniyetmə və gənc karateçilərimiz İtaliyanın Venesiya şəhərinə yola düşüb

Karate üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandası İtaliyanın Venesiya şəhərində təşkil olunmuş 13-cü Dünya çempionatında iştirak etmək üçün yola düşüb.

Yığmamız dünya çempionatında 25 nəfərdən ibarət heyətlə  baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Dünya çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayev, eləcə də  14 və 17 yaşlı idmançılardan ibarət kata üzrə  yığmanın baş məşqçisi Vüqar Kərimovdur.

Yığmamız yarışa AKF-nin baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Müəllif: Natiq NƏSİROV