Karateçilərimiz Rusiyada 12 medal qazandı

Azərbaycan Karate Federasiyasının idmançıları Rusiyada keçirilmiş "Open Rossiya" beynəlxalq turnirində uğurla çıxış ediblər.  22-26 iyul tarixlərində baş tutmuş seminarın ardınca karatecilər mübarizəyə qoşulublar. Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Turkiyə, İran, Belarus, Misir və Ermənistan təmsilçilərinin qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.

İdmançılarımızdan Nəsimi Musayev -70 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Nərgiz Aslanova -25, Cəlal Şükürov -35, Mehdi Abdullayev +35 kq. çəki dərəcələrində yarışın gümüş mükafatlarına yiyələniblər.

Kamran Cəfərli +42, Qəhrəman Rzaquliyev -30, Dəniz Nəcəfli -47, Mədinə Sadıqova -55, Günay Ramazanova -55, Aysel Məmmədova +66, Məhəmməd Kazımlı -60, Murad Hacızadə +84 kq. çəki dərəcələrində bürünc medallara sahib olublar.

Nəticədə karateçilərimiz beynəlxalq turniri 12 medalla başa vurublar.

Müəllif: Bəhruz MƏMMƏDOV