U-17-nin heyətində dəyişiklik

ESTAFET/ Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. “Kəpəz”in üzvü Ümid Səmədovun əvəzinə heyətə “Qəbələ”dən Ülvü Mədətov dəvət olunub.
