İntizam Komitəsinin növbəti iclası keçirildi

ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında qurumun İntizam Komitəsinin iclası keçirilib. Keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 72-ci dəqiqəsində “Qarabağ” klubunun 18 №-li futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Premyer Liqanın XII turunun “Səbail” – “Sabah” matçının 86-cı dəqiqəsində “Səbail” klubunun 55 №-li futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Azərbaycan I divizionun XI turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Azərbaycan I divizionun XI turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Azərbaycan I divizionun XI turunun MOİK – “Səbail-2” matçı “Səbail-2” klubunun səhlənkarlığı ucbatından 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunur.
MOİK komandası oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur.
