"Zirvə" BK liderliyini qoruya bildi

ESTAFET/ Bugün basketbol üzrə Azərbaycan Superliqasının 8-ci turunun (2-ci dövrə) 3 oyunu keçirildi. Keçən turda "Zirvə" üzərində inamlı qələbədən sonra "Atom" BK "Sərkərdə"yə məğlub oldu 73:79.
"80"lər ilk zəfərlərinə çox yaxın idilər...amma son saniyələrdə hücumda buraxdıqları səhvə görə "Sıçrayış"a uduzdular 71:73.
Turun ən dramatik oyunu "Gəncə" BK ilə "Zirvə" BK arasında keçirildi. Xala-xal gedən qarşılaşmanın 3-cü hissəsinin əvvəlində "Gəncə" irəli çıxaraq(52:47)qarşılaşmada təşəbbüsü ələ aldı.4-cü hissənin sonuna 1 dəqiqə qalmış hesab 92:92 idi.Qarşılaşmanın gedişatı əlavə vaxta aparırdı. Lakin Yevgeni Şostukanın ("Gəncə" BK)texniki fol alaraq 5-ci folla oyundan kənarlaşdırılması mizanı "Zirvə" nin xeyrinə əydi 94:101.
