İsveçrənin Lozanna şəhərində FIE-nin konqresi baş tutub

ESTAFET/ 20 ildən sonra Beynəlxalq Qılıncoynatma Federasiyasının ilin yekunlarına həsr olunan konqresi Beynəlxalq Olimpiya Komitəsinin yarandığı Lozanna şəhərində baş tutub.
300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı “SwissTech Convention” mərkəzində keçirilib.Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov tədbir iştirakçılarını salamladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax FİE prezidentinə olimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib.Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib.Eyni zamanda 2022-ci ildə keçiriməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb.Konqresdə Azərbaycan Qılıncoynatma Federasiyasını baş katib Vasif Məmmədov təmsil edib. Hazırda Beynəlxalq Qılıncoynatma Federasiyasına 157 ölkə üzvdür.
