Mustivar 100-ü yarıladı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub. Haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. “Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub.
2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb. O, qollarından ikisini çempionat, birini kubokda vurub.
