Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar
ESTAFET/ Rusiyanın Sosnovıy Bor şəhərində keçirilən cüdo üzrə ənənəvi beynəlxalq turnirdə fərdi yarışlara start verilib. Qeyd edək ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandasının bəzi üzvləri də mübarizə aparır. Beynəlxalq turnirin ikinci günü Aydın Rzayev (60 kq), Emin Həsənov (46 kq), Süleyman Əliyev (66 kq) müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar. Xatırladaq ki, Azərbaycan millisi Rusiya turnirinin komanda yarışlarının da gümüş medallarını qazanıb.