Yığmamız təlim-məşq toplanışına başlayıb
ESTAFET/ Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışının ilk mərhələsi başa çatıb. Baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçib.
Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.
Yığma ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 27-dək gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.