"Mübariz" mübarizəyə hazırdı
ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında oynayacaq “Mübariz” və UNEC komandaları arasında yoxlama görüşü keçirilib. Oyun Azərbaycan Voleybol Federasiyasının İdman zalında baş tutub.
Qarşılaşma 3:0 hesabı ilə “Mübariz”in xeyrinə başa çatıb.
Qeyd edək ki, qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan çempionatı sabah start götürəcək.