"Tobol" Balayevin rekordunu açıqladı

ESTAFET/ Qazaxıstanın "Tobol" klubu Azərbaycan millisinin üzvü olan qapıçısı Emil Balayevin rekordunu açıqlayıb. 25 yaşlı qolkiper bu ölkənin Premyer Liqasında debüt mövsümündə ən çox "quru seriya" keçirib. 

Belə ki, Emil çempionatda 31 matçda meydana çıxıb və bunun 18-də görüşü qol buraxmadan bitirib. 

İnstatın statistikasına görə, Balayevin ən yaxşı matçı "Şaxtyor"la qarşılaşma sayılıb. "Tobol" həmin görüşdə inamlı qələbə qazanıb, Emil isə ən azı 3 seyv edib. 

Xatırladaq ki, Balayevin mövsümü 4-cü yerdə bitiridyi "Tobol"la hələ 1 illik müqaviləsi var. 

Müəllif: Natiq NƏSİROV