Avroliqada 1/16 finalın püşkatmasının vaxtı bilindi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq. UEFA-nın saytında verilən xəbərə görə, qurumun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim saat 16:00-da başlayacaq.
Püşkatmada 32 komanda 2 səbətə bölünəcək. 1/16 finalın ilk oyunları 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.
Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Arsenal” (İngiltərə), “Bazel” (İsveçrə), “Benfika” (Portuqaliya), “Braqa” (Portuqaliya), “Seltik” (Şotlandiya), “Espanyol” (İspaniya), “Gent” (Belçika), “İnter” (İtaliya), “Başakşəhər” (Türkiyə), LASK (Avstriya), “Malmö” (İsveç), “Mançester Yunayted” (İngiltərə), “Portu” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya);
Səpələnməmişlər: APOEL (Kipr), “Alkmaar” (Hollandiya), “Bayer” (Leverkuzen, Almaniya), ÇFR (Kluj, Rumıniya), “Brügge” (Belçika), “Kopenhagen” (Danimarka), “Ayntraxt” (Frankfurt, Almaniya), “Xetafe” (İspaniya), “Ludoqorets” (Bolqarıstan), “Olimpiakos” (Yunanıstan), “Reyncers” (Şotlandiya), “Roma” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Sportinq” (Portuqaliya), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə).