Sərbəst güləş yığmamız Bakıda təlim-məşq toplanışı keçir

ESTAFET/ Sərbəst güləş yığmamız növbəti təlim-məşq toplanışına start verib. 

Həftənin ilk günlərindən Olimpiya Güləş Mərkəzində hazırlıqlara başlayan millimizin məşqlərində geniş heyət iştirak edir. Zədəli güləşçilər istisna olmaqla, komanda tam tərkibdə toplanışı davam etdirir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan TMT dekabrın 25-dək davam edəcək. Toplanışa sınaqçı-rəqib kimi Rusiyadan bir neçə güləşçi də qatılıb. 

Qeyd edək ki, növbəti TMT Türkiyədə keçiriləcək.

Müəllif: Natiq NƏSİROV