Türkiyə Kubokunda 5-ci mərhələ geridə qaldı

ESTAFET/ Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin cavab oyunları keçirilib. Sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
“Kayserispor”, “Dənizlispor”, “Başakşəhər”, “Ərzurumspor” və “Trabzonspor” qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.
Daha öncə “Qalatasaray”, “Kasımpaşa”, “Antalyaspor”, “Rizəspor”, “Alanyaspor”, “Beşiktaş”, “Yeni Malatyaspor”, “Qaziantep”, “Sivasspor”, “Göztəpə” və “Fənərbaxça” da növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
Türkiyə kuboku
5-ci mərhələ
3 dekabr 2019
Vanspor – Kasımpaşa 2:2 (ilk oyun 1:2)
Antalyaspor – Eyüpspor 2:2 (3:0)
Samsunspor – Rizəspor 1:1 (2:3)
Adanaspor – Alanyaspor 1:7 (1:5)
Tuzlaspor – Qalatasaray 0:4 (2:0)
18 dekabr 2019
Ərzincanspor – Beşiktaş 2:0 (0:3)
Keçiörengücü – Yeni Malatyaspor 2:2 (1:3)
Qaziantep – Kırklarelispor 3:2 (1:2)
Sivasspor – Erokspor 0:1 (2:0)
Göztəpə – Karagümrük 2:1 (2:1)
İstanbulspor – Fənərbaxça 0:2 (0:4)
19 dekabr 2019
Manisaspor – Kayserispor 3:3 (2:3)
Dənizlispor – Altınordu 2:2 (5:3)
Başakşəhər – Trabzon 2:0 (1:0)
Bursaspor – Ərzurumspor 2:1 (2:4)
Trabzonspor – Altay 4:1 (2:1)
