ALPAQUT ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK
ESTAFET/ Martın 11-də Şağan Olimpia İdman kompleksində Alpaqut Turan döyüş sənəti üzrə 3-cü respublika çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinın illik təqvim planına daxil olan çempionatın açılış mərasimi 15.00-da planlaşdırılıb.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bu çempionatı keçirməkdə əsas məqsədlərinin Türk dünyasına aid milli döyüş sənətinin respublika ərazisində inkişafına nail olmaq olduğunu vurğulayıb: "Həmçinin məqsədimiz böyüməkdə olan gənc nəslin formalaşmasında müsbət əxlaqi keyfiyyətləri və sağlam inkişafı təmin etməkdir. Siqaret, spirtli içki, narkamaniyaya qarşı mübarizə aparmaq və uşaqların cinayətindən uzaq qalması üçün onları maarifləndirmək, idmana cəlb etmək hər birimizin borcudur".