5-ci "Arpachay Open" Beynəlxalq karate turniri keçiriləcək

ESTAFET/ 17-19 Yanvar tarixlərində "Arpaçay Karate Klubu" və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılğı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək.

Bakı İdman Sarayında 5-ci "Arpachay Open" turnirində 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir. Azərbaycan idmançıları üçün qeydiyyat AMKF-in ofisində 12 yanvarda keçiriləcək.

Qeydiyyata gələndə klubun və idmançıların həkimin icazəsi ilə möhürlü sənəti, şəxsiyyət vəsiqələri və ya onun əsli, həmçinin iştirak haqqı mütləq şəkildə ödənilməlidir. Bu tarix daxil olmaqla qeydiyyatdan keçməyən idmançılar cərimələnəcək.

Müəllif: Orxan NOVRUZOV