Saransk toplanışı davam edir
ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir. Yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandasıyla birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan TMT yanvarın 16-dək davam edəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək "Qran-pri" turniri olacaq.