La Liqada ilk dövrənin simvolik komandası açıqlandı

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasında ilk dövrənin simvolik komandası müəyyənləşib. "Marca" nəşri ən yaxşı "11-liy"i açıqlayıb. Simvolik komandada turnir cədvəlinə başçılıq edən "Barselona" 3, "Real" isə 2 futbolçu ilə təmsil olunub.

İlk dövrənin rəzmi komandası:

Qapıçı: Yan Oblak ("Atletiko")

Müdafiəçilər: Xesus Navas, Dieqo Karlos (hər ikisi "Sevilya"), Xerard Pike ("Barselona"), Xose Qaya ("Valensiya")

Yarımmüdafiəçilər: Martin Edeqor ("Real Sosyedad"), Federiko Valverde ("Real"), Santi Kazorla ("Vilyarreal")

Hücumçular: Lionel Messi, Luis Suares (hər ikisi "Barselona"), Kərim Benzema ("Real").

Qeyd edək ki, 19 turdan sonra "Barselona" və "Real"ın aktivində 40 xal var. "Atletiko" və "Sevilya" 35 xalla onları izləyir.

Müəllif: Natiq NƏSİROV